AZ

AAYDA sədri Kəlbəcərdə həyata keçirilən yol layihələrinə baxış keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda olub.

Agentlikdən "Unikal"a verilən məlumata görə, AAYDA sədri ümumi uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa edilən, dünyanın ən uzun avtomobil tunellərindən biri hesab olunan Murovdağ tunelində, həmçinin Kəlbəcər şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub.

S. Məmmədov tikinti işlərinə baxış zamanı layihənin vaxtında və keyfiyyətlə tamamlanması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Seçilən
17
6
unikal.az

7Mənbələr