AZ

“Ford” ABŞ-da 850 000-dən çox avtomobili geri çağırır

“Reuters” xəbər verir ki, avtomobil istehsalçısı “Ford Motor”, mühərrikin dayanmasına səbəb ola biləcək potensial aşağı təzyiqli yanacaq nasosu nasazlığına görə ABŞ-da 850,000-dən çox avtomobili geri çağırır.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) görə, nasaz yanacaq nasosu çəndən mühərrikə yanacaq axını azalda, onun dayanmasına və qəza riskini artıra bilər.

Ümumilikdə, “Ford Motor” ABŞ-da 850 318 avtomobili geri çağırır. Bu geri çağırma, xüsusən də bəzi “Lincoln Aviator” modellərinə, “F-150” yük maşınlarına və “Mustang” avtomobillərinə aiddir.

NHTSA hesab edir ki, avtomobillərin 10%-də bu qüsur var. ABŞ agentliyinə nasosun nasazlığı ilə bağlı istehlakçılardan 6 şikayət daxil olub.

Xatırladaq ki, “Ford” ABŞ-da 197 432 “Mustang Mach-E” elektrik krossoverini sərnişinlərin fövqəladə vəziyyətdə avtomobili tərk edə bilməməsi ilə nəticələnə biləcək elektron qıfılların potensial nasazlığına görə geri çağırır.

Almaz Həsənli

Seçilən
18
1
oxumeni.az

2Mənbələr