"Arsenal" "Çelsi"nin futbolçusu Noni Maduekenin transferini yeekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər verir ki, bu barədə insaysder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Arsenal" ingiltərəli vinger üçün "zadəganlar"a 57 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Çelsi" Noni Maduekeni 2023-cü ilin yayında PSV-dən transfer edib. İngiltərə millisinin üzvü olan 23 yaşlı futbolçu London təmsilçisinin heyətində meydana çıxdığı 92 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi