ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, AAYDA sədri ümumi uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa edilən, dünyanın ən uzun avtomobil tunellərindən biri hesab olunan Murovdağ tunelində, həmçinin Kəlbəcər şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub.
S. Məmmədov tikinti işlərinə baxış zamanı layihənin vaxtında və keyfiyyətlə tamamlanması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.