AZ

Somer Sivrioğlu sevgilisi ilə ilk fotosunu paylaşdı FOTO

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ad günün mübarək, oyun yoldaşım”

“MasterChef Türkiyə” proqramının münsifi Somer Sivrioğlu, sevgilisi Tilbe Uslunun ad gününü sosial mediada paylaşdığı romantik mesajla qeyd edib.

Sherg.az xəbər verir ki, Ayşe Özyılmazel ilə ayrıldıqdan sonra yeni münasibətə başlayan məşhur şef, yeni sevgilisi ilə ilk dəfə Çeşmədə görüntülənmişdi. Sevgilisinin Tilbe Uslu olduğu ortaya çıxmışdı.

Sivrioğlu, Instagram hesabında ilk fotolarını paylaşaraq yazıb:

“Sonra bir gün, ən pis gecəndə, ən dağınıq anında qarşına çıxar. Bu dövrdə itirdiyini sandığın hər şeyi içində yenidən cücərdər. Ad günün mübarək, oyun yoldaşım, yaxşı ki varsan, Bambi.”

Tilbe Uslu da paylaşmaya “Oyun arkadaşım” cavabını verib. Cütlüyün münasibəti mediada maraqla izlənir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
sherg.az

2Mənbələr