AZ

"Liverpul" 75 milyonluq hücumçunu hədəfə aldı

Hücumçu Uqo Ekitike “Ayntraxt”ı tərk edərək karyerasını “Liverpul”da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Givemesport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Liverpul” 23 yaşlı fransalı futbolçunun transferi üçün danışıqlara başlamağa hazırdır. Klub bu keçidi asanlaşdırmaq məqsədilə hücumçu Darvin Nunyesi satmağı planlaşdırır.

Ekitike ötən mövsüm 48 oyunda 22 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Seçilən
0
publika.az

1Mənbələr