Bakı. Trend:
Hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələrifəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tiplixəstəxanaların qurulması uğurla aparılır.
Trend xəbər verir ki, bu sözləri TƏBİB-inİxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri NəzrinMustafayeva bu gün keçirilən geniştərkibli müşavirədə çıxış edərkəndeyib.
O bildirib ki, gələcəkdə bir sıra digər yerlərdə də yeniklinikaların yaradılması nəzərdə tutulur.
"Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb.İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli,rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsasprioritetimizdir. Qürurverici məqam ondan ibarətdir ki, azadolunmuş ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulmasıprosesində TƏBİB yaxından iştirak edir”- deyə o əlavə edib.