Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Varşava Kiyevdən Volın qırğını qurbanlarının axtarışı və ekshumasiyasına razılıq verməsini tələb edir. Bu barədə Polşanın seçilmiş prezidenti Karol Navrotski sosial şəbəkə X-də yazıb. “Ukrayna hakimiyyətindən Volın soyqırımı qurbanlarının axtarışı və ekshumasiyası məsələsində sistemli həll tələb edirəm. Barışıq yalnız həqiqət üzərində qurula bilər,” – deyə o qeyd edib. Navrotski vurğulayıb ki, qurbanlar layiqli dəfnə layiqdirlər və onların ailələri yaxınlarının məzarları üzərində dua etmək hüququna malikdirlər. Əvvəlcə Polşanın hazırkı prezidenti Andjey Duda Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətindən danışaraq bildirib ki, Zelenski Duda ilə danışana qədər Volın qırğını haqqında heç nə bilmirmiş və məktəbdə də bu barədə məlumat verilmirmiş.