Azərbaycanın azad edilmiş ərazilərinə səfər çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Laçın şəhərindəki “Yurd” sərgi mərkəzini ziyarət ediblər.
“Report”un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, iştirakçılar Azərbaycanın zəngin mədəni irsinə həsr olunmuş ekspozisiya ilə tanış olublar.
Səyyahlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.