AZ

Zelenski İstanbul görüşünü pozmaq üçün Vatikana getdi Dubinski

ain.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski iddia edir ki, prezident Vladimir Zelenski Rusiya ilə İstanbulda keçirilməsi planlaşdırılan yeni görüşü pozmaq və ya gecikdirmək məqsədilə Vatikana səfər edib.

Doğru.az xəbər verir ki, deputat bu barədə Telegram kanalında yazıb:

“Rusiya ilə İstanbulda keçiriləcək növbəti görüşü pozmaq və ya gecikdirmək üçün… Zelenski… Papanın yanına qaçdı”.

Qeyd edək ki, Zelenskinin səfəri, Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hərbi-sənaye obyektlərinə endirdiyi raket zərbələri fonunda baş tutub. Zelenskinin Vatikanda iştirak etdiyi forum Ukraynanın bərpasına həsr olunub.

Dubinski, həmçinin, Avropa İttifaqı ölkələrini döyüşlərin dayandırılması üçün Zelenskiyə təzyiq göstərməyə çağırıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
dogru.az

1Mənbələr