AZ

İstanbulda "Casperlar" kriminal dəstəsinə qarşı əməliyyat: 70 nəfər saxlanıldı, lideri isə...

İstanbulda yeniyetmə və gənclərdən ibarət olduğu iddia olunan "Casperlar" kriminal dəstəsinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbulun Bakırköy Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu açıqlama yayıb.

Bildirilib ki, istintaq tədbirləri çərçivəsində ictimaiyyət arasında “Casperlər” kimi tanınan “Hamuş” kod adlı İsmail Atızın rəhbərlik etdiyi silahlı cinayət qrupunun “qəsdən adam öldürmə”, “qasdan adam öldürmə”, “soyğunçuluq”,və sair cinayətlərdə imzası olduğu müəyyən edilib: "Bu qrupa qarşı İstanbulun Bahçelievler, Bağcılar və Küçükçekmece rayonlarında eyni anda əməliyyat başlayıb. Dəstənin 70 üzvü saxlanılıb, digərlərinin axtarışı davam edir".
 
"Təşkilat"ın rəhbəri İsmail Atız isə qırmızı bülletenlə axtarışa verilib. O, Almaniyada tutulub və Türkiyəyə gətirlməsi proses davam edir.

Firudin Səfərli
MİA.AZ

Seçilən
8
2
mia.az

3Mənbələr