ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Süni intellekt texnologiyaları bu dəfə Bakının simvolik abidələrini və tikililərini “mədəni şəkildə dadlandırıb”. Ölkə.Az xəbər verir ki, yayılmış maraqlı görüntülərdə şəhərin tanınmış memarlıq obyektləri milli və xarici mətbəxin məşhur yeməklərinə çevrilib.
Belə ki, Qız qalası indi artıq daşdan yox, suşi ilə “tikilib”.
Bakının əsas vizual rəmzlərindən olan Alov qüllələri isə indi yarpaq dolması şəklində təqdim olunur. Xəzər dənizi də plova çevrilib. Sahil boyu uzanan düyü dənələri, üzərinə səpələnmiş qaysı və kişmişlərlə klassik Azərbaycan plovunu xatırladır.
Ən kreativ görüntülərdən biri isə Xalça Muzeyinə aiddir – o, lavaşla sarınmış dönər formasında təqdim olunub.
Bundan əlavə, süni zəka vasitəsilə Kristal zalı paxlavalardan, "Şeytan çarxı" kabablardan, "Crescen Mall"un binası isə kruassandan hazırlanıb.
Fotoları dizayner Ravil Aslanov ərsəyə gətirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.