AzVision.az “Associated Press” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində 1107 adi dövlət qulluqçusu və 246 diplomatik xidmət əməkdaşı ixtisar barədə bildiriş alacaq.
“Dövlət departamentinin yenidən təşkili çərçivəsində qurum daxilindəki fəaliyyətlər diplomatik prioritetlərə diqqət yetirmək üçün tənzimlənir”, - agentlik bildirişin mətnindən sitat gətirir.
ABŞ-nin Dövlət katibi Marko Rubio hələ aprelin sonunda bildirmişdi ki, Donald Trampın başçılıq etdiyi ABŞ-ın hazırkı administrasiya ilk növbədə bürokratik aparatın azaldılması məqsədi ilə Dövlət departamentinin “hərtərəfli yenidən təşkili” siyasətini həyata keçirəcək.
- Rubionun planına, o cümlədən, Dövlət departamentinin on minlərlə əməkdaşının (təxminən 80 min nəfər) işdən çıxarılması, həmçinin bir neçə konsulluğun və bir sıra xarici siyasət departamentinin proqramlarının bağlanması daxildir”,- ixtisar planları ilə bağlı “The Washington Post” qəzeti yazır.
Dövlət departamentinin mərkəzi aparatındakı işçilərin təxminən 15%-nin, yəni təxminən 3400 əməkdaşım ixtisar olunacağı güman edilir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta