AZ

Nestle ilə bağlı sular durulmur - Polis ofisə basqın etdi

Nestle

Fransa mediasının yaydığı məlumata görə, polislər Nestlé Qrupunun İssi-le-Mulinoda (Issy-les-Moulineaux) yerləşən mərkəzi ofisində axtarış aparıb.Axtarış zamanı ələ keçirilmiş sənədlər və məlumatlar hazırda araşdırılır. Bu proses, Paris Cinayət Məhkəməsinin İctimai Sağlamlıq Şöbəsi tərəfindən fevral ayında başlanan istintaq çərçivəsində həyata keçirilir.İstintaqın başlanmasına səbəb, "Foodwatch" adlı vətəndaş cəmiyyəti təşkilatının 2024-cü ilin sentyabrında Nestlé Qrupu barəsində təqdim etdiyi iki ayrı şikayət ərizəsi olub. “Butulka su qalmaqalı” nədir?“Le Monde” və “Radio France” 2024-cü ilin yanvarında yayımladıqları məqalədə bildiriblər ki, sabiq sənaye naziri Anyes Panye-Rünaşer (Agnès Pannier-Runacher) Nestlé-nin satışa buraxdığı butulka sularında qadağan olunmuş təmizləmə sistemlərindən istifadəsinə icazə verib. 2024-cü il noyabrın 20-də Fransa Senatı bu məsələyə dair araşdırma komissiyası yaratdı. Komissiya keçmiş Yelisey Sarayının Baş Katibi Aleksis Köləri (Alexis Kohler) dindirilməyə çağırdı. Komissiyanın rəhbəri Loran Burgoa (Laurent Burgoa) bildirib ki, Nestlé Qrupu dəfələrlə Fransa Prezidentliyi ilə əlaqə saxlayıb və Kohler bu prosesdə vasitəçi rolunu oynayıb. Kohler isə hakimiyyət bölgüsü prinsipini əsas gətirərək komissiyanın çağırışında iştirak etmədi. 2024-cü ilin mayında Senatın yayımladığı hesabatda qeyd olunub ki, ölkə hakimiyyət orqanları Nestlé-yə qarşı tərtib olunmuş mənfi hesabatı dəyişdirib.Ulusum.az

Diqqət Çəkənlər

Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO

"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ

Avropa Ukraynanın bərpası üçün fond yaradıb

Seçilən
2
ulusum.az

1Mənbələr