AZ

Milli valyutada qoyulmuş əmanətlərin məbləği 13,5 % artıb

Bakı. Trend:

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakıəmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,1faiz artaraq 2025-ci il iyun ayının 1-nə milli valyutaekvivalentində 15063,0 milyon manat təşkil edib.

Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ciilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafınınmakroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, əmanətlərin 67,3 faizi milli, 32,7 faizi xaricivalyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləğiəvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz, xarici valyutadaolan əmanətlərin məbləği isə 3,8 faiz artıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə ortaməzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,95 (1,86)manata, 100 Türk lirəsinə 4,31 (4,55) manata, 100 Rus rubluna 2,16(1,97) manata bərabər olub.

Seçilən
10
az.trend.az

1Mənbələr