Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron növbəti dəfə davranışı ilə müzakirə yaradıb.
Bizim.Media xəbər verir ki, Emmanuel Makronun Böyük Britaniyaya səfəri zamanı Bricit Makronun ona uzatdığı əli görməzlikdən gəlib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlar Britaniya kral ailəsi ilə birgə gəzinti zamanı lentə alınıb. Fransa prezidenti və xanımı, Britaniya Kralı III Çarlz, Kraliça Kamilla, eləcə də Uels Şahzadəsi və onun həyat yoldaşı ilə birlikdə ictimai tədbirdə iştirak edərkən, Emmanuel Makron həyat yoldaşına əlini uzadır. Lakin Bricit Makron bu jesti cavabsız qoyur və sanki heç nə olmamış kimi yoluna davam edir. Bütün bunlar kameralar qarşısında baş verir.
Xatırladaq ki, bundan əvvəl Emmanuel Makron və həyat yoldaşı Bricit arasında yeni mübahisə baş vermişdi. Belə ki, Fransanın birinci xanımı təyyarədən çıxarkən ərini alçaldıb, E.Makronun əlindən tutmaqdan imtina edib və "kişi kimi" özü təkbaşına trapdan enib.
Bir müddət öncə isə o, təyyarədən enən zaman Fransa liderinin sifətinə sillə vurmuşdu.
Bizim.Media