AZ

Dünya üzrə ən çox geri çağrılan avtomobil "Ford"oldu

Amerikanın "Ford Motor" şirkəti bu ilin ilk yarısında avtomobillərin geri çağırılması üzrə illik rekordu qırıb.

Avtosfer.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.

Bu ilin yanvar-iyun aylarında şirkət təhlükə yaradan qüsurlara görə avtomobillərini geri çağırıb.

"Ford" yanvar-iyun ayları arasında 88 dəfə avtomobillərini geri çağırıb. İkinci yeri öz məhsullarını 21 dəfə geri çağıran "Forest River" şirkəti tutur.

Qeyd edilib ki,"Ford" 2020-ci ildən bəri geri çağırmaların sayına görə birinci və ya ikinci yerdədir. Bu il elan edilən təxminən 33 geri çağırış keçmiş kampaniyaların auditləri ilə bağlıdır.(iqtisadiyyat.az)

Seçilən
9
1
avtosfer.az

2Mənbələr