AZ

Kimyadan yüksək nəticə: "İmtahan suallarının tərtibatı çox yaxşı idi"

Xəbər verdiyimiz kimi, iyulun 8-də kimya müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Pərvanə Zeyirovadır. O, imtahandan 94.5 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Pərvanə müəllim qeyd edib ki, imtahanın bitməsinə 50 dəqiqə qalmış, o artıq bütün sualları cavablandırıb:

"2003–2008-ci illərdə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində təhsil almışam. 18 illik pedoqoji fəaliyyətim var. Hazırda Qaxbaş kənd 2 nömrəli tam orta məktəbdə rayonunun işləyirəm. Təbii ki, şəhərdə çalışmaq istəyərəm. Diaqnostik imtahanda 54, sertifikasiyada isə 50 bal topladım. Bu nəticə məni narahat etdi və özümü sınamaq üçün yenidən MİQ imtahanına qatıldım. MİQ imtahanında iki saat yarım Kimya müəllimlərinə kifayət idi.

Sertifikasiyada isə vaxt çatışmazlığı əsas problem idi. Hətta son 50 dəqiqədə bütün sualları bitirmişdim. İmtahandakı suallar dərsliyə uyğun idi, həm asan, həm də çətin tapşırıqlar vardı. İmtahana isə özüm hazırlaşmışam.

Bundan belə yenə MİQ imtahanında iştirak etməyi düşünürəm. Digər həmkarlarıma da tövsiyəm budur: ruhdan düşməsinlər, öz üzərlərində daim çalışsınlar".

Seçilən
9
azedu.az

1Mənbələr