AZ

Fəvvarələrdə çimənlər həbs olunacaq: Xəbərdarlıq edildi

Rusları fəvvarələrdə çimməyə görə həbs də daxil olmaqla müxtəlif cəzalar gözləyir.

Publika.az "News.ru"ya istinadən xəbər verir ki, bu barədə ictimai xadim, ekspert Dmitri Bondar xəbərdarlıq edib.

Bir şəxs sadəcə sərinləmək üçün fəvvarəyə qalxarsa, o, 500 rubl (təxminən 11 manat) cərimə edilə bilər. Bu, əmlaka dəymiş ziyan hesab ediləcəkdir.

"Əgər onun hərəkətləri ictimai asayişin pozulması hesab edilərsə, cərimə 2500 rubla (təxminən 55 manat) qədər ola bilər, hətta bəzi hallarda Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə əsasən 15 sutka həbslə nəticələnə bilər", - Bondar əlavə edib.

Mütəxəssis deyib ki, fəvvarələr üzgüçülük səbəbindən qırıla bilər ki, bu da kommunal qəzalar və ya üzgüçülərin özlərinin xəsarət alması riski yaradacaq.

Seçilən
3
3
publika.az

4Mənbələr