AZ

Sirrim alkoqol, qəhvə və narkotikdən istifadə etməməkdir

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Forbes"in dünya milyarderləri reytinqində 138-ci yerdə olan teleqram messencerinin qurucusu Pavel Durov biznes uğurunun sirrini açıqlayıb.

Axşam.az xəbər verir ki, Pavel pis vərdişlərdən 20 ildən çoxdur uzaq durduğunu bildirib:

"Potensialınızı tam üzə çıxarmaq və zehninizi təmiz saxlamaq istəyirsinizsə, asılılıq yaradan maddələrdən uzaq durun. Mənim uğurum və sağlamlığım 20 ildən çox alkoqol, tütün, qəhvə, həb və narkotiklərdən tamamilə uzaq olmağımın nəticəsidir. Qısa müddətli həzz sizin gələcəyinizə dəyməz".

Qeyd edək ki, ötən il Durov 12 ölkədə sperma donorluğu nəticəsində dünyaya gələn 100-dən çox bioloji övladının, həmçinin üç fərqli qadından altı rəsmi uşağının olduğunu açıqlamışdı. İş adamı bu yaxınlarda vəsiyyətini açıqlayaraq bildirib ki, 106 uşağın hamısı miras hüququnda bərabər olacaq. 2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
axsam.az

1Mənbələr