AZ

Asensio transferi yekunlaşmaq üzrədir - Komandası bəlli oldu

Fənərbaxça, İspaniya millisinin və PSJ-nin oyunçusu Marko Asensio ilə transfer məsələsində böyük irəliləyiş əldə edib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Asensio Fənərbaxçanın təklifini prinsipcə qəbul edib və hazırda yekun detallar üzərində müzakirələr aparılır.

 Fənərbaxça klubunun Asensio-nun agentinə illik 12 milyon avro maaş təklif etdiyi bildirilib. Bu, türk klubunun ulduz futbolçunun transferinə cəlb edilməsi üçün güclü bir təklifdir.

Qeyd edək ki, PSJ ilə müqavilə ilkin mərhələdə razılaşdırılıb. Fransız klubu isə, Fənərbaxça ilə Asensio arasında anlaşma əldə edildikdə, transfer qiymətinin aşağı salınmasında klubun tərəfinə dəstək verəcəyini bəyan edib.

Fənərbaxça, Asensio-nun transferi ilə bağlı son mərhələyə yaxınlaşarkən, bu transferin gələcəkdə böyük təsir göstərəcəyi gözlənilir.

Seçilən
6
manset.az

1Mənbələr