"Turan Tovuz" hücumçusu Orxan Əliyevlə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O. Əliyev bu ilin yanvarında bölgə klubuna transfer olmuşdu.

29 yaşlı futbolçu bu yay "Turan Tovuz"dan ayrılan 10-cu futbolçu olub. Daha öncə klubu İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyev tərk etmişdi.