AZ

Gələn getdi, gedən gəldi

Rusiya Premyer Liqasından kənarlaşdırılan “Torpedo”nu əvəz edəcək komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, Moskva təmsilçisinin yerinə yeni mövsümdə elitada “Orenburq” yarışacaq. Bu barədə Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib.

“Orenburq” ötən mövsüm Premyer Liqada 15-ci olmuş və I liqaya yuvarlanmışdı.

“Torpedo” klub rəhbərliyinin hakimlərə rüşvət verməsi ittihamına görə elitadan kənarlaşdırılıb. Klub ötən mövsüm I Liqada 2-ci yeri tutduğu üçün Premyer Liqaya yüksəlmişdi.

Seçilən
8
futbolpress.az

1Mənbələr