AZ

Köklü klubun tanınmış rəhbəri ilə bağlı VACİB XƏBƏR

“Kəpəz”ə yeni sponsor şirkətin arxa durmasından sonra klubdakı struktur dəyişikliyindən xəbərdarsız.

İdarə Heyətinin may ayında baş tutan iclasında Namiq Qədirov sədr seçildi.

İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov idman məsələləri üzrə müşavir təyin olundu. Gərar Qarayev isə Media və Marketinq Departamentinə başçılıq edir.

Məlum dəyişikliklərdən sonra İlqar Nadiri ad-soyadı gözə dəymir. Son 3 ildə “Kəpəz”in elitadakı yerini qorumasında müstəsna xidmətləri olan keçmiş sədr kölgəyə çəkilib. Hətta bəziləri tanınmış persosanın bütün səlahiyyətlərdəmn məhrum olunduğunu iddia edir.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Nadiri klubdakı fəaliyyətini davam etdirir. “Kəpəz”ə ilk dəfə gəldiyi dönəmdə olduğu kimi icraçı direktor vəzifəsini icra edir.

Bəli, əvvəlkitək maliyyə məsələrinə cavabdehlik daşımır. Hər işin dalınca o, qaçmır. Futbolçularla və agentlərlə danışıqları o, aparmır.

İdarə Heyətinin sədri Nadirinin təcrübəsinə güvənərək ona təşkilatçılıqla bağlı müəyyən işləri tapşırıb ki, çəkdiyi əziyyətə görə aylıq məvacib alır.

Artıq öncəki qədər fikirli və yüklü deyil. Əvvəl bütün yükü çiyinlərində daşıyırdısa, indi müəyyən öhdəliklərə cavabdehdir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr