Rusiyada azərbaycanlı tikintidə faciəvi şəkildə ölüb.
Azreform.info lent.az-a istinadla xəbər verir ki, hadisə Krasnoyarsk şəhərinin Semafornaya küçəsində baş verib. 56 yaşlı kişi yaşayış kompleksinin tikintisində işləyirmiş. Rusiya İstintaq Komitəsinin məlumatına görə, kran yardımçı konstruksiyaları sökərkən 12-13 mərtəbə hündürlükdən metal dayaq düşüb.
Metal birbaşa evin yaxınlığında olan podratçı işçinin üzərinə düşüb. Kişi yerindəcə dünyasını dəyişib.
İlkin məlumata görə, mərhum podratçı təşkilatda rəsmi işə düzəli tikintidə fəhlə işləyirmiş.