AZ

“Torpedo”nu Premyer Liqada bu klub əvəzləyəcək

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Orenburq" 2025/26 mövsümündə Rusiya Premyer Liqasında "Torpedo"nun əvəzinə iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

Qurumun İcraiyyə Komitəsinin Bürosunun iclasında Moskva "Torpedo"sunun əvəzinə "Orenburq"un Rusiya çempionatının iştirakçısı kimi qəbul edilməsi barədə qərar qəbul edilib. Ötən mövsümün nəticələrinə əsasən, "Orenburq" turnir cədvəlində 15-ci yeri tutub və birinci liqaya düşüb.

Qeyd edək ki, iyulun 10-da RFİ 2024/25 mövsümündə birinci liqanın üç ev oyununun nəticələrinə təsir etmək cəhdi səbəbindən "Torpedo"nu 2025/26 mövsümündən Premyer Liqadan kənarlaşdırdığını elan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
sport24.az

1Mənbələr