AZ

Dünya səyyahları Laçında

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Bu gün səyyahlar Laçın şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçına səfər edən səyyahlar əvvəlcə "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilionu ilə tanış olublar. MTP üzvlərinin Laçınla tanışlığı davam edir.

On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Beynəlxalq səyyahların səfəri işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Seçilən
20
7
yeniazerbaycan.com

7Mənbələr