Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az Ukraynanın “Deep State” hərbi portalına istinadən xəbər verir ki, o cümlədən birbaşa inzibati sərhəddəki Yalta qəsəbəsi tutulub və ruslar boz zonadakı qonşu Novoxatskoye daxil olublar. Bu məlumatı Amerikanın “Müharibənin Öyrənilməsi İnstitutu (ISW)” da təsdiqləyir, onun gündəlik xülasəsi üçün xəritəsində Yalta rus qoşunlarının işğal etdiyi ərazki kimi göstərilir.
Ukrayna Rusiyanın hərbi zavodlarına hücum edib
Lakin Ukrayna Silahlı qüvvələrinin (USQ) Baş Qərargahı Rusiyanın işğalı ilə bağlı operativ məlumatında hələ ki, Yaltanın işğalını təsdiqləməyib. Gündəlik xülasədəki xəritələrdə Yalta qəsəbəsi, onun cənubundakı Tolstoy və Mirnoye kəndləri də daxil olmaqla, USQ-nin nəzarətindəki ərazi kimi qeyd edilir. Halbuki, “Deep State” bu məkanlarda Rusiyanın irəlilədiyi barədə məlumat yayıb. Hərbi portal, həmçinin bir sıra digər qonşu ərazilərdə də rusların irəlilədiyini təsdiqləyib. Konstantinovsk istiqamətində rus ordusu Rusinıy Yara doğru irəliləyib. Bir gün əvvəl isə rus qoşunları Donetsk və Xarkov vilayətlərində irəli gediblər. Xatırladaq ki, bu gecə Ukrayna ordusu, öz növbəsində, Rusiyanın bir neçə hərbi zahoduna hava zərbələri endirib. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.