AZ

Yemək zamanı limonlu su içmək tövsiyə OLUNUR

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Endokrinoloq Fransisko Rosero bildirib ki, pəhriz saxlayarkən karbohidratlardan tamamilə imtina etmək düzgün deyil.

Redaktor.az xəbər verir ki, o, bu barədə aif.ru-ya müsahibəsi zamanı danışıb.

Rosero yemək zamanı karbohidratların udulmasına mane olan limonlu su içməyi tövsiyə edib.

O qeyd edib ki, salatlara əlavə edilə bilən alma sirkəsi də bənzər təsir göstərir.

Mütəxəssis həmçinin karbohidratların günün əvvəlində səhər yeməyi və nahar vaxtı qəbul edilməsini, axşam isə zülallar və tərəvəzlərə üstünlük verilməsini məsləhət görüb.

Rosero bildirib ki, bu üsullar yalnız düyü, kartof kimi kompleks karbohidratlar üçün keçərlidir və şirniyyat kimi sadə şəkərlərə aid edilmir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
redaktor.az

2Mənbələr