"Arsenal" bu yay heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "topçular" hazırda Viktor Dyökereş üçün "Sportinq"lə danışıqlar aparır. Onun alternativi isə "Leyptsiq"in hücumçusu Benyamin Şeşkodur.
London klubu onların heç birini heyətinə cəlb edə bilməsə, Olli Votkinsə yönələcək.
Bu barədə "TBR Football" məlumat yayıb.
Olli Votkins 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, Birmingem klubunda 223 oyuna 87 qol vurub.
Transfermarkt portalına görə onun dəyəri 50 milyon avrodur.