“Bu proses qaydalar çərçivəsində həyata keçirilməlidir. Sui-istifadələrin qarşısının alınması üçün bir neçə mexanizm nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Filmlərlə bağlı YENİ QAYDA – Xərclərin 40 faizi geri QAYTARILACAQ
O, bildirib ki, prosesə yerli özəl şirkətlər nəzarət edə biləcəklər:
"Ssenari mərhələsində müvafiq bədii şura tərəfindən rəyin hazırlanması, çəkilişlər zamanı filmin həmin ssenari planına uyğunluğu yerli özəl şirkət tərəfindən həyata keçirilməlidir. Yerli şirkət də buna görə məsuliyyət daşıyır".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media