AZ

8 nəfərdən ibarət silahlı dəstə futbolçunun ailəsinə şok yaşatdı

Silahlı soyğunçular “Atletiko”nun müdafiəçisi Nauel Molinanın ailəsinə hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə "El Confidencial" məlumat yayıb.

İnsident iyun 7-də futbolçunun qaynatası Klaudio Okkyuççinin Buenos-Ayresdəki evində baş verib. Məlumata görə, 8 nəfərdən ibarət, üzləri qapalı silahlı dəstə evə zorla girərək sakinlərə tapançalar tuşlayıblar.

Soyğunçular Okkyuççiyə dəfələrlə silah tuşlayaraq evdəki pulların yerini göstərməsini tələb ediblər.

Cinayətkarların üçü hadisə yerində həbs edilib, digərləri isə oğurlanmış avtomobillə hadisə yerindən qaçıb.

Seçilən
7
publika.az

1Mənbələr