Bakı, 11 iyul, AZƏRTAC
Yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək basketbol komandaları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı "Neftçi" mübarizəyə birbaşa müntəzəm mövsümdən başlayacaq.
Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.
Qeyd edək ki, hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.