AZ

TƏCİLİ: Ermənistanla sülh müqaviləsi bu tarixdə imzalana bilər 

“Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün atılan addımlar fonunda BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş mühüm əhəmiyyət daşıyır.”

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov

Onun sözlərinə görə, bu görüş tarixdə ilk dəfə vasitəçilərsiz, neytral meydançada baş tutması baxımından xüsusi önəm kəsb edir.

Politoloq hesab edir ki, görüş bölgədə sülh, təhlükəsizlik və sabitlik prosesinə ciddi təsir göstərə bilər.

Bununla belə, İlyas Hüseynov yaxın aylarda sülh sazişinin imzalanmasını real hesab etmir:

“Genişmiqyaslı sülh sazişinin imzalanması üçün hələ bir sıra şərtlərin yerinə yetirilməsi zəruridir. Bu baxımdan, ilin sonuna qədər yalnız saziş layihəsinin müəyyən razılaşdırılmış müddəaları paraflana bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün əsas məsələlərdən biri Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasıdır:

“Ermənistan konstitusiyası dəyişmədən sülhə nail olmaq mümkün deyil. Həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması Azərbaycanın əsas şərtlərindən biridir. Ermənistan kilsəsinin dövlət idarəçiliyinə təsirinin azaldılması istiqamətində Nikol Paşinyan siyasi məqsədlər güdür. Bu dəyişikliklər çərçivəsində Azərbaycan üçün revizionizmə dair bütün elementlərin hüquqi müstəvidə aradan qaldırılması mühümdür”.

Politoloqun fikrincə, bu şərtlər təmin olunduqdan sonra sülh müqaviləsinin imzalanması yalnız gələn il mümkün ola bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
2
konkret.az

3Mənbələr