“Rusiya Avropanın, xüsusilə də Qərbin Ukraynada hərbi mövcudluğun qəbuledilməzliyi ilə bağlı Moskvanın mövqeyini dinləməkdən imtina etməsindən təəssüf edir”.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Bununla əlaqədar biz ancaq təəssüfümüzü ifadə edə bilərik”, – deyə Peskov mətbuat brifinqində bildirib.
O, bu açıqlamanı Fransa prezidenti Emmanuel Makronun “İstəyənlər koalisiyası”nın Ukraynaya dərhal yerləşdirilməyə hazır olması ilə bağlı son bəyanatını şərh edərkən verib.
Fransa prezidenti Emmanuel Makron isə iyulun 10-da Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunduğu halda, “İstəyənlərin Koalisiyası” dərhal öz missiyasına başlamağa hazır olacaq.
Fidan Hacızadə
Sfera.az