AZ

Cəmi bir banka energetik içki ürəyi belə öldürür



Enerji içkiləri müasir gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. İmtahan dövründə tələbələr, məşqdən əvvəl idmançılar, hətta azyaşlı uşaqlar arasında bu içkilərə meyl xeyli artıb.



“Medicina” xəbər verir ki, tibb elmləri doktoru Elvira Xaçirova enerji içkilərindən istifadənin riskləri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, enerji içkilərinin tərkibində kofein, qlükoza, L-karnitin, taurin və B vitaminləri var. Onlar müvəqqəti olaraq zehni və fiziki fəaliyyəti stimullaşdırır, eyni zamanda ürək-damar sisteminə ciddi təsir göstərir.

Mütəxəssis hesab edir ki, bu içkilər qan təzyiqini artırır, ürək ritminin pozulmasına səbəb olur.

Xaçirova bildirib ki, enerji içkiləri xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Kofein yuxunu pozur. Bundan əlavə, enerji içkiləri miokard işemiyası və infarkt riskini artırır.

Həkim belə içkilərin tez-tez istehlakının sağlamlığa mənfi təsir etdiyini və ürək-damar sistemi üçün ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, bundna əvvəl də həkimlər energetik içkilərdən sonra ürək tutmasından ölüm faktları barədə xəbərdarlıq ediblər.

Aygün Musayeva

Seçilən
17
3
medicina.az

4Mənbələr