AZ

İsveçrə və Ukrayna əməkdaşlıq sazişi imzalayıb

Kiyevin 2024-cü ildən 2036-cı ilə qədər olan müddətdə Berndən 5 milyard frank məbləğində maliyyə dəstəyi alacağı planlaşdırılır.

Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.

Məlumata əsasən, İsveçrənin səfiri və konfederasiyanın Ukrayna üzrə Federal Şurasının (hökumət) nümayəndəsi Jak Gerber və Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko Romada ölkənin yenidən qurulmasına həsr olunmuş konfransda bu məsələ ilə bağlı ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar. Federal Şura tərəfindən təsdiq edilmiş saziş İsveçrə özəl sektorunun Ukraynanın yenidənqurma layihələrində iştirakının artırılması üçün hüquqi əsas yaradır və İsveçrənin bu işə uzunmüddətli sadiqliyini vurğulayır.

Fevralda Bern Ukraynanın yenidən qurulması, islahatları və davamlı inkişafına dəstək üçün 12 illik proqram çərçivəsində 2025-2028-ci illər arasında Ukraynanın yenidən qurulması üçün 1,5 milyard İsveçrə frankı (1,65 milyard dollar) ayırmaq qərarına gəlib. Bu vəsaitin təxminən üçdə biri – 500 milyon İsveçrə frankı İsveçrə şirkətləri ilə əməkdaşlıq çərçivəsində yenidənqurma işlərinə yönəlib. Ümumilikdə, Kiyevin 2024-2036-cı illər arasında Berndən 5 milyard frank (5,55 milyard dollar) dəyərində maliyyə dəstəyi alacağı gözlənilir.

Asim

Seçilən
107
icma.az

1Mənbələr