AZ

Qumarla milyonlar qazanan adam

Avstraliyadan olan Zeljko Ranogajec, adi insanlar üçün qeyri-adi sayılan “advantage gambling” - yəni üstünlük qumarı sahəsində fəaliyyət göstərir və bu sahədə dünyanın ən varlı şəxslərindən biri hesab olunur.

Valyuta.az xəbər verir ki, o, qumar karyerasına blackjack oyununda “card counting” (kart sayma) üsulu ilə başlayıb və qısa müddətdə böyük məbləğlər qazanmağa müvəffəq olub.

Daha sonra fəaliyyətini ata yarışları, keno və digər yüksək riskli mərc sahələrinə yönəldərək sistemli və alqoritmik strategiyalarla işləməyə başlayıb.

Ranogajec-in fəaliyyəti, sadəcə fərdi oyunlarla deyil, geniş şəbəkə və korporativ səviyyədə sistemli mərc modellərinə əsaslanır. Məsələn, o, Avstraliyanın ən böyük mərc operatorlarından biri olan "TabCorp"un illik dövriyyəsinin 6-8 faizini təşkil edən məbləğləri idarə edib. Bu, təxminən 600-800 milyon ABŞ dolları həcmində mərc fəaliyyətinə bərabərdir. Digər bir platforma olan "Betfair"də isə onun şəbəkəsinin fəaliyyəti şirkətin Avstraliya əməliyyatlarının təxminən üçdə birini əhatə edir.

Zeljko Ranogajec-in tətbiq etdiyi əsas gəlir strategiyalarından biri isə “rebate” (geriödəniş) sistemidir. O, bəzi oyunlarda 8-10 faiz geri ödəniş alaraq, mərcin nəticəsindən asılı olmayaraq qazanc əldə edə bilib. Bu sistem Ranogajec-ə uduzduğu mərclərdə belə xalis gəlir qazandırıb və milyonluq strategiyanın əsasını təşkil edib.

O, 2011-ci ildə yalnız keno oyununda bir dəfə 7.5 milyon dollar uduş əldə edib. Hazırda onun illik mərc dövriyyəsinin bir milyard dollardan çox, şəbəkəsinin isə 3 milyard dollara yaxın olduğu bildirilir.

Ranogajec-in şəxsi sərvəti müxtəlif mənbələrə görə 600 milyon avstraliya dolları (təxminən 400 milyon ABŞ dolları) civarında qiymətləndirilir. 

Mayya Hüseynova

Seçilən
12
valyuta.az

1Mənbələr