"Turan Tovuz"da növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Orxan Əliyevlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Orxan Əliyev ötən mövsümün ikinci yarısında "Turan Tovuz"a qoşulmuşdu.
saytlarin hazirlanmasi