AZ

Rubio Yaponiya və Cənubi Koreya XİN rəhbərləri ilə məhsuldar görüş keçirib - ÖZƏL

ABŞ Dövlət katibi Marko Rubio ASEAN sammiti çərçivəsində Malayziyanın Kuala-Lumpur şəhərində Yaponiya xarici işlər naziri Takeşi İvaya və Cənubi Koreya xarici işlər nazirinin müavini Park Yonq-ju  ilə üçtərəfli danışıqlar aparıb. Olaylar.az xəbər verir ki,  Rubio görüşü məhsuldar adlandırıb və regional sülh və sabitliyin təmin olunmasında tərəfdaşlığın vacibliyini vurğulayıb.
Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub ki, tərəflər təhlükəsizlik, iqtisadiyyat, energetika, gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi və dayanıqlı rəqəmsal infrastrukturun yaradılması məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Marko Rubio Kuala-Lumpurda Rusiya XİN rəhbəri Sergey Lavrov və Çin Xarici İşlər Naziri Van İ ilə də görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr