AZ

"Musiqi müalicə effekti daşıyır"

Alimlər musiqinin təkcə ruhu yox, bədəni də müalicə edə biləcəyini sübut edən maraqlı nəticələr açıqlayıblar. 

 

Sfera.az xəbər verir ki, İngiltərənin Brunel Universitetində aparılan genişmiqyaslı meta-analiz göstərir ki, musiqi dinləmək insanların ağrı hissini azalda bilir.

 

Tədqiqatın rəhbəri Dr. Catharine Meads bildirir ki, musiqi beyin tərəfindən ifraz olunan dopamin və endorfin kimi xoşbəxtlik hormonlarını artırır. Bu hormonlar isə həm emosional, həm də fiziki ağrı hissini azaldır.

 

Meta-analizə 72 elmi iş daxil edilib və 7 minə yaxın xəstə üzərində aparılan müşahidələr nəticəsində məlum olub ki, musiqi dinləyən insanların ağrı balları orta hesabla 20 faiz daha aşağıdır. Xüsusilə, insanların sevdiyi janrda musiqi seçməsi təsiri daha da gücləndirir.

 

Mütəxəssislər bu kəşfin, xüsusilə cərrahi əməliyyatlardan sonra reabilitasiya dövründə, xroniki ağrı müalicəsində və stresslə mübarizədə istifadə edilə biləcəyini vurğulayırlar.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
13
1
sfera.az

2Mənbələr