
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyulun 14-də Kiyevə gedəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın “Novosti Live” nəşri məlumat yayıb.
Trampın xüsusi nümayəndəsi səfərin bir həftə davam edəcəyini bildirib.
“Biz bazar ertəsi (14 iyul) Kiyevdə olacağıq”, - Kelloq qeyd edib.
Kelloq Kiyevdə konkret nəyi müzakirə etmək niyyətində olduğunu dəqiqləşdirməyib.
Məlumata görə, xüsusi nümayəndə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşəcək.
Qeyd edək ki, Kelloq sonuncu dəfə fevral ayında Kiyevə səfər edib.