Azərbaycanda bu ilin yanvar-iyun aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 112,3 mln. manatlıq məhsul istehsal edilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 95,2%, kimya sənayesi məhsullarının istehsalı 11,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 4,4% artmışdır.
Kimya sənayesi məhsullarının istehsalının dinamikası (əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə):
Qeyd olunur ki, kimya sənayesi məhsullarından polietilen istehsalı 10,9%, lak-boya məmulatlarının istehsalı 9,9 faiz, etilen istehsalı 8%, karbamid istehsalı 3,3% artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri | 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Təsirsiz qazlar, min kub metr | 22 723,5 | 106,5 | 12,5 |
ondan azot, min kub metr | 12 151,8 | 101,1 | 9,0 |
Lak-boya məmulatları, ton | 17 399,5 | 109,9 | 625,8 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 11 070 | 68,8 | 6 060 |
ondan yod, ton | 94,9 | 96,5 | 12,8 |
Üzvi kimyəvi maddələr, min ton | 447,7 | 96,5 | 45,1 |
ondan: etilen, min ton | 81,1 | 108,0 | 1,2 |
propen (propilen), min ton | 72,5 | 104,2 | 0,7 |
metanol (metil spirti), min ton | 227,7 | 91,0 | 37,2 |
Etil spirti, min dkl | 59,3 | 165,2 | 73,6 |
Gübrə və azot birləşmələri, min ton | 314,9 | 103,4 | 21,7 |
ondan karbamid, min ton | 314,8 | 103,3 | 21,7 |
İlkin formada plastik kütlə, min ton | 154,9 | 109,3 | 32,1 |
ondan polietilen, min ton | 78,3 | 110,9 | 15,6 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 83,8 | 168,3 | 11,6 |