AZ

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 10 %-ə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 milyard 864,1 milyon manat olub..

Poliqon bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,5 % çoxdur.

Yanvar-iyun aylarında hüquqi şəxslər əhaliyə 5 milyard 173,3 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ni təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 670,7 manatlıq və yaxud ötən ilin 6 ayına nisbətən nominal ifadədə 98,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Poliqon.info 

Seçilən
7
4
poliqon.info

9Mənbələr