AZ

Ukraynada son 3 ildə BİR İLK: Kiyev səmasında naməlum təyyarə göründü – VİDEO

Təyyarə 2022-ci ildən bəri ilk dəfə Kiyev üzərində təyyarə uçuş həyata keçirib.

KONKRET.az xəbər verir ki, Ukraynanın paytaxtı üzərində hava məkanının rəsmi olaraq bağlı qalmasına baxmayaraq mülki təyyarə peyda olub.

Şəhər sakinləri uçan təyyarəni lentə alıb və görüntüləri sosial şəbəkələrdə yayıblar. İstifadəçilərin fikrincə, bu, “An-124 Ruslan” yük təyyarəsi ola bilər.

Təyyarənin mənşəyi və məqsədi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr