AZ

"İnter"dən iranlı hücumçu ilə bağlı qərar

"İnter" əsas heyətə düşüə bilməyən Mehdi Taremi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi iranlı forvardla yollarını ayıracaq. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"İnter" Taremini satışa çıxarıb. Klub 32 yaşlı hücumçunun satışından 8-10 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mehdi Taremi ötən ilin yayında "Portu"dan ayrıldıqdan sonra azad agent statusu ilə "İnter"ə qoşulub. İran millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qallıb.

saytlarin hazirlanmasi

Seçilən
7
2
sportal.az

3Mənbələr