AZ

Paraplan suya düşdü – iki nəfər faciəvi şəkildə həyatını itirdi

Paraplan

İrkutsk vilayətində paraplanın suya düşməsi nəticəsində iki nəfər həlak olub. Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərq İdarəsinin mətbuat xidməti Telegram kanalında yayıb. Hadisə 10 iyul axşamı saat 22:30-da Bratsk su anbarının Dondir körfəzi yaxınlığında baş verib. Paraplan gəzinti uçuşu həyata keçirirmiş, lakin qəfil suya düşüb. Təəssüf ki, göydəki iki nəfəri xilas etmək mümkün olmayıb. Hadisə yerinə istintaqçılar və kriminalistlər cəlb olunub. İnsidentin bütün səbəb və halları araşdırılır. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü bəndi üzrə (hava nəqliyyatı təhlükəsizliyi qaydalarının pozulması, iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olma) cinayət işi açılıb. Şərqi Sibir Nəqliyyat Prokurorluğu da hadisə ilə bağlı xüsusi yoxlama başladıb.Ulusum.az

Diqqət Çəkənlər

Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO

"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ

Avropa Ukraynanın bərpası üçün fond yaradıb

Seçilən
25
ulusum.az

1Mənbələr