AZ

"Qarabağ"dan növbəti ayrılıq xəbərinə reaksiya gəldi, gizli detallar aşkar oldu

"Qarabağ"dan ayrılan futbolçuların sayı 5-ə çatdı.

Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimlinin ardınca Redon Cica da klubu tərk etdi.

Təqdim etdiyimiz siyahıya rəsmi elan olunanlar daxildir.

Amma bu da son deyil.

Gedənlər yenə olacaq.

Məsələn, Abbas Hüseynov kimi.

Ötən gün məlumat verdik ki, müdafiəçi da buranı tərk edib.

30 yaşlı futbolçunun gedişi ilə bağlı yeni bilgilər əldə etmişik.

Klubdan bizə bildirilib ki, Abbas Hüseynov hazırda kollektivlə birgə məşqlərdə iştirak edir.

Bəli, adıçəkilən futbolçunun gedişi an məsələsidir.

Amma bunun üçün həll edilməli məsələlər var.

Belə ki, hazırda Ağdam təmsilçisi ilə müqaviləsi olan arxa xətt oyunçusunun real müştəriləri var.

Özü də ölkə xaricindən.

Futbolçu özü də getməkdə maraqlı olduğunu baş məşqçi Qurban Qurbanovun diqqətinə çatdırıb.

Hazırda klublar onun keçidi ilə bağlı danışıqlar aparır.

Bir çox məsələlər öz həllini tapıb.

Danışıqlara nöqtə qoyulduğu anda Hüseynov düşərgəni tərk edəcək.

Abbas 2017-ci ildən "köhlən atlar"ın formasını geyinir.

Arxada qalan müddətdə müddətdə meydana çıxdığı 173 matçda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan millisinin üzvü "Qarabağ"a kimi həm də "Şamaxı"da ( köhnə adı ilə "İnter") çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr