AZ

Araz Abdullayev “Karvan”da - Rəsmi

Son olaraq Birinci Liqa təmsilçisi “Qaradağ Lökbatan”da forma geyinmiş Araz Abdullayev bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Karvan” 2024/2025-ci illər mövsümündə Birinci Liqada üçüncü yeri tutaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

“Neftçi”nin yetirməsi olan Araz Abdullayev isə karyerası ərzində “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ”, “Boluspor”, “Etnikos”, “Sumqayıt” kimi klublarda da çıxış edib. 33 yaşlı futbolçu ötən mövsümü Birinci Liqa təmsilçisi “Qaradağ Lökbatan”da keçirib. Araz Azərbaycan millisində keçirdiyi 44 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Karvan” daha öncə Eltun Turabov və Süleyman Əhmədovu da heyətinə qatmışdı. Kamran İbrahimovla yeni müqavilə bağlamış Yevlax klubu Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulovla da yollarını ayırıb.

Seçilən
13
arena.az

1Mənbələr