ain.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Böyük Millət Məclisinin deputatları arasında ishal və qusma halları qeydə alınıb.
Sfera.az "Aydınlık" qəzetinə istinadən xəbər verir ki, beşi deputat olmaqla, təxminən 80 nəfər daha əvvəl oxşar şikayətlərlə Türkiyə parlamentinin xəstəxanasına müraciət edib.
Mütəxəssislər yeməkxanalardan yemək və çay dəmləmək üçün istifadə olunan sudan nümunələr götürüb. Hazırda səhiyyə idarəsinin mütəxəssisləri parlamentdə testlər aparır.
Məlumata görə, ötən həftə Türkiyə Böyük Millət Məclisində baş verən ishal və qusma hadisələrindən sonra bütün Ankarada oxşar şikayətlər qeydə alınıb. Mütəxəssislər bildiriblər ki, isti havalarda artan bakteriya və viruslar su və qida vasitəsilə ötürülür və bu, xəstəliyin yayılmasına səbəb olur.
Bildirilir ki, Ankarada xəstəxana və ailə tibb mərkəzlərinə müraciət edən xəstələrin sayı xeyli artıb.
Qəzet qeyd edir ki, xəstəliyin səbəbinin su olduğu iddia edilsə də, səlahiyyətlilər hələlik heç bir dəqiq açıqlama verməyib.
Firuzə Əliyeva
Sfera.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.